COP29

“Klubda heç kim məndən Çempionlar Liqasına vəsiqə istəmədi” - Baş məşqçi deyir

18 Avqust 10:15 İngiltərə 712
“Klubda heç kim məndən Çempionlar Liqasına vəsiqə istəmədi” - Baş məşqçi deyir

“Çelsi”nin baş məşqçisi Enzo Mareska klub rəhbərliyinin yeni mövsüm başlamazdan əvvəl onun qarşısına qoyduğu hədəflərdən danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı London klubunun 5-10 il irəliyə baxdığını bildirib:

“Mənim fikrimcə, klub 5-10 il irəliyə baxır. Klubda heç kim məndən mövsümün sonunda Çempionlar Liqasına vəsiqə istəmədi.

Deyirdilər ki, biz mübarizə aparmalı və addım-addım irəliləməliyik”.

İngiltərə Premyer Liqasının son mövsümünün yekununda London klubu 63 xal toplayaraq 6-cı yeri tutub.

“Çelsi” bu mövsüm pley-offda İsveçrənin “Servett” klubunu keçərsə, Konfrans Liqasının əsas mərhələsində iştirak edəcək.

Mareska bu yay “Çesi”nin baş məşqçisi təyin edilib.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…