COP29

"Düşünmürəm ki, hazırda ideal komandaların sayı çoxdur"

18 Avqust 00:20 İngiltərə 367
"Düşünmürəm ki, hazırda ideal komandaların sayı çoxdur"

İngiltərə Premyer Liqasının ilk turu çərçivəsində sabah “Çelsi”nin qonağı olacaq “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, deyib:

“İstirahətə vaxt ayırırıq. Bu məqama diqqətlə yanaşmaq lazımdır.

“Çelsi”yə qarşı istirahət günü keçirəcəyimiz oyundan ən yaxşı nəticəni tələb edirəm. Bilirik ki, mümkün qədər qısa müddətdə çox xal toplamalıyıq.

Hamıya bəllidir ki, ən yaxşı formada deyilik, amma bunun önəmi yoxdur. Komandada əhval-ruhiyyə çox yaxşıdır.

Düşünmürəm ki, hazırda ideal komandaların sayı çoxdur. Mövsüm uzundur.

Futbolçuların psixoloji hazırlığı olduqca önəmlidir. Bunun üçün onlara istirahət lazımdır”, - Qvardiola deyib.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…