COP29

"Xoşbəxt və sağlam olsam, nəyə qadir olduğumu göstərə bilərəm"

18 Avqust 00:00 İngiltərə 328
"Xoşbəxt və sağlam olsam, nəyə qadir olduğumu göstərə bilərəm"

“Çelsi”nin hücumçusu Kristofer Nkunku yeni mövsümlə bağlı gözləntilərini bölüşüb.

Sportinfo.az London klubunun rəsmi saytına istinadən xəbər verir ki, fransalı futbolçu bu mövsüm məqsədinin çox oynamaq olduğunu bildirib:

“Bu mövsüm məqsədim oynamaq və inamlı olmaqdır. Bilirəm ki, xoşbəxt və sağlam olsam, nəyə qadir olduğumu göstərə bilərəm. Buna heç bir şübhəm yoxdur”.

26 yaşlı forvard müxtəlif zədələr səbəbindən keçən mövsümün çox hissəsini buraxmışdı.

Nkunku ötən mövsüm İngiltərə Premyer Liqasında 11 matçda 3 qol vurmağı bacarıb. O, ötən yay “Leyptsiq”dən 60 milyon avroya “Çelsi”yə keçib.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…