COP29

Premyer Liqanın qalibi 2 milyon məbləğində cərimələndi - 22 dəfə qayda pozublar

1 Avqust 22:20 İngiltərə 474
Premyer Liqanın qalibi 2 milyon məbləğində cərimələndi - 22 dəfə qayda pozublar

“Mançester Siti” iki mövsüm ərzində Premyer Liqa qaydalarını 22 dəfə pozduğuna görə 2 milyon funt sterlinqdən (4.372.485 AZN) çox cərimələnib.

“Sportinfo.az xəbər verir ki, buna səbəb klubun matçların başlamasını gecikdirməsi olub.

Bildirilib ki, pozuntuların səkkizi 2022/23 mövsümündə, 14 isə ötən mövsümdə qeydə alınıb. Gecikmələrin 12-sinin ev matçlarında baş verdiyi bildirilib.

Məlumata görə, İngiltərə təmsilçisi üzr istəyib və cəriməni Premyer Liqaya ödəməyə razılıq verib.

Liqa, klubun baş verənlərə görə üzr istədiyini, oyunçulara və klub rəhbərliyinə məsuliyyətlərini xatırladıldığını bildirib.

Digər Xəbərlər
Xəbər Lenti