COP29

“Yaxşı, qoy düşünsün, sonra qərarını bizə deyəcək”

30 İyul 15:20 İngiltərə 493
“Yaxşı, qoy düşünsün, sonra qərarını bizə deyəcək”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın argentinalı hücumçusu Xulian Alvaresin klubu tərk edə biləcəyi ilə bağlı yayılan xəbərlərə cavab verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı Alvaresin gələcəyi haqqında düşündüyü barədə məlumatı gördüyünü bildirib:

“Alvaresin gələcəyi haqqında düşündüyü barədə məlumat gördüm. Yaxşı, qoy düşünsün.

Sonra qərarını bizə deyəcək. Xulian keçən mövsüm çox oynadı. Daha çox istəyir? Bu, hər bir futbolçunun normal istəyidir”.

24 yaşlı forvard ötən mövsüm 54 matçda iştirak edib, 19 qol vurub, 13 məhsuldar ötürmə verib. Onun bazar dəyəri 90 milyon avro qiymətləndirilir.

Digər Xəbərlər
Xəbər Lenti