COP29

Millidən təklif gəlsə, qəbul etməyəcək - Onları “satmayacaq”

24 İyul 01:40 İngiltərə 346
Millidən təklif gəlsə, qəbul etməyəcək - Onları “satmayacaq”

“Nyukasl” komandanın baş məşqçisi Eddi Hou ilə danışıqlar aparıb.

Sportinfo.az “The Telegraph”-a istinadən xəbər verir ki, “sağsağanlar”ın rəhbərliyi əmindir ki, İngiltərə millisindən təklif gəlsə, Hou onu rədd edəcək.

İngiltərə yığması Avropa çempionatından sonra baş məşqçisiz qalıb. Qaret Sautqeyt bu vəzifədə təxminən 8 il çalışdıqdan sonra komandanı tərk etmək qərarına gəlib.

Eddi Hou 2021-ci ilin noyabrından “Nyukasl”ı çalışdırır. Komanda onun rəhbərliyi altında keçirdiyi 125 qarşılaşmada 62 qələbə qazanıb, 27 heç-heçə edib və 36 məğlubiyyətlə üzləşib.

“Nyukasl” Premyer Liqanın son mövsümünü 7-ci pillədə başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?