COP29

Maaşını 11 milyon avrodan 6 milyona endirməyə hazırdır

21 İyul 17:20 İngiltərə 537
Maaşını 11 milyon avrodan 6 milyona endirməyə hazırdır

“Çelsi”nin hücumçusu Romelu Lukaku karyerasını “Napoli”də davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı futbolçunun keçidi Viktor Osimhenin PSJ-yə mümkün transferindən asılıdır.

31 yaşlı forvard maaşını 11 milyon avrodan 6 milyona endirməyə hazırdır. O, yenidən Antonio Kontenin rəhbərliyi altında – bu dəfə “Napoli”də oynamaq istəyir.

Lukaku ötən mövsüm icarə əsasında “Roma”da çıxış edib. O, romalıların heyətində 47 oyun keçirib, 21 qol vurub və 4 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?