COP29

62 milyon avroya müdafiəçi alır - “Mançester Yunayted”

17 İyul 18:20 İngiltərə 465
62 milyon avroya müdafiəçi alır - “Mançester Yunayted”

“Lill”in müdafiəçisi Leni Yoro “Mançester Yunayted”də tibbi müayinədən keçməyə hazırdır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu “qırmızı şeytanlar”la şəxsi müqavilənin şərtlərini razılaşdırmağa və bu kluba keçməyə yaxındır.

“Real”ın Yoro ilə müqaviləni razılaşdırdığı, lakin “Lill”lə transfer məbləği ilə bağlı razılığa gələ bilmədiyi barədə məlumat yayılmışdı.

“Mançester Yunayted” gənc futbolçu üçün fransızlara 62 milyon avro təklif edib və bu, klubu tam qane edib.

Yoro ötən mövsüm bütün turnirlərdə 44 matçda iştirak edib, 3 qol vurub. 18 yaşlı futbolçunun klubuyla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?