COP29

“Biz hamımız bu məşqçini istərdik, amma onunla anlaşmaq nə dərəcədə realdır?”

16 İyul 21:40 İngiltərə 567
“Biz hamımız bu məşqçini istərdik, amma onunla anlaşmaq nə dərəcədə realdır?”

İngiltərə millisinin sabiq futbolçusu Qari Lineker hesab edir ki, yığma komandaya daha müasir futbol tərzinə malik baş məşqçi lazımdır.

Sportinfo.az “goal”-a istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu bunları deyib:

“Düşünürəm ki, Qaret Sautqeyt xalqı milli komanda ətrafında birləşdirən düzgün insan idi. Amma indi daha müasir, hücum futbolu tərzinə malik başqasının vaxtı çata bilər.

Milli komandanın rəhbər postuna ən uyğun mütəxəssisin yayda “Liverpul”dan ayrılan Yurgen Klopp olduğunu düşünürəm.

Almaniyalı çalışdırıcı işsizdir. Bir az dincəldi. Mən də düşünürəm ki, biz hamımız Pep Qvardiolanı istərdik, amma onunla anlaşmaq nə dərəcədə realdır?”

Sautqeyt bu gün İngiltərə millisinin baş məşqçi postundan istefa verdiyini açıqlayıb.

İngiltərə yığması Almaniyada təşkil olunan Avropa çempionatının finalında İspaniyaya 1:2 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?