COP29

İspaniyaya transfer oldu – Premyer Liqa klubunun müdafiəçisi

15 İyul 18:40 İngiltərə 451
İspaniyaya transfer oldu – Premyer Liqa klubunun müdafiəçisi

“Mançester Yunayted” rəsmi saytı vasitəsilə müdafiəçisinin komandadan ayrıldığını elan edib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı Villi Kambvala “Vilyarreal”a keçib. Söhbət icarədən yox, tam hüquqlu transferdən gedir.

Kambvala 2020-ci ilin oktyabrında “Mançester Yunayted”in gənclər komandasına qoşulub. O, “qırmızı şeytanlar”ın əsas komandasında 10 oyun keçirib və məşqçilər heyətinin ümidlərini doğrultmayıb.

19 yaşlı futbolçu özünü İspaniya çempionatında sübut etməyə çalışacaq.

Digər Xəbərlər
Xəbər Lenti