COP29

Millinin futbolçusunun anası tələb etdi: "Oğlum meydanda olmalıdır!”

12 İyul 01:40 İngiltərə 334
Millinin futbolçusunun anası tələb etdi:

AÇ-2024-ün yarımfinalında Niderlandla matçda qələbə qolunu vuran İngiltərə yığmasının hücumçusu Olli Uotkinsin anası oğlunun bu oyunda meydana çıxmasını tələb edib.

Sportinfo.az “Daily Mail”-ə istinadən xəbər verir ki, futbolçunun anası Niderlandla oyundan əvvəl ingiltərəli azarkeşlərlə söhbəti zamanı Uotkinsin “çərşənbə gecəsi bu lənətə gəlmiş meydançada” görünməli olduğunu söyləyib.

Avropa çempionatının yarımfinal mərhələsinin Niderland – İngiltərə matçı iyulun 10-da keçirilib. Qarşılaşma İngiltərə yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İngiltərə və İspaniya millilərinin qarşılaşacağı AÇ-2024-ün final matçı iyulun 14-də keçiriləcək. Matçın start fiti saat 23:00-da səslənəcək.

Digər Xəbərlər
Xəbər Lenti
2 Avqust 16:10 Çək və bizə göndər!
2 Avqust 11:00 Bala-bala böyüyün!
2 Avqust 08:20 3 illik yeni müqavilə