COP29

Niderlandlı müdafiəçi tələsir – Premyer Liqada oynamağa

12 İyul 01:30 İngiltərə 265
Niderlandlı müdafiəçi tələsir – Premyer Liqada oynamağa

Niderland millisinin və “Bayern”in müdafiəçisi Matteys de Liqt “Mançester Yunayted”də Erik ten Haqla yenidən birlikdə çalışmaqda qərarlıdır.

Sportinfo.az “Sky Sport”-a istinadən xəbər verir ki, niderlandlı futbolçu dərhal İngiltərə klubuna keçmək istəyir.

Artıq “Bayern” rəhbərliyi 24 yaşlı müdafiəçinin mövqeyi ilə bağlı məlumatlandırılıb.

Hazırda Münhen klubu və “Mançester Yunayted” arasında danışıqlar gedir, lakin hələlik razılıq yoxdur.

De Liqt özü də artıq “qırmızı şeytanlar”la uzunmüddətli müqavilə ilə bağlı razılığa gəlib. Onun üçün tibbi müayinə hələ təyin edilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
2 Avqust 16:10 Çək və bizə göndər!
2 Avqust 11:00 Bala-bala böyüyün!
2 Avqust 08:20 3 illik yeni müqavilə