COP29

“Pis oynayırıq, o, ipin üstündə olduğunu tezliklə başa düşəcək”

1 İyul 22:00 İngiltərə 283
“Pis oynayırıq,  o, ipin üstündə olduğunu tezliklə başa düşəcək”

“Mançester Yunayted”in keçmiş müdafiəçisi, hazırda futbol eksperti kimi çalışan Qari Nevill İngiltərə yığmasının AÇ-2024-ün 1/8 finalında Slovakiya ilə oyunundakı çıxışını şərh edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Nevill, İngiltərə millisinin yaxşı oynamadığını bildirib:

“Biz inanılmaz dərəcədə şanslı idik və göyə baxmalı, hər şeyə görə ulduzlara təşəkkür etməliyik.

Ardıcıl dördüncü oyundur ki, pis oynayırıq. Əlavə vaxtda da yaxşı oynamadıq.

Elə bil, Slovakiyanı aşağı çəkirdik. İndi komanda nəyisə kökündən dəyişməlidir.

Qaret Sautqeyt üçün xoşbəxtəm. Biz hamımız onu tanıyırıq, o, əla oğlandır, çox dürüstdür.

Amma o, ipin üstündə olduğunu tezliklə başa düşəcək”.

İngiltərə millisi 90+5-ci dəqiqədə Çud Bellingemin vurduğu qolla matçı əlavə vaxta aparıb. Sonra isə Harri Keyn ikinci qolu vuraraq, İngiltərəyə Slovakiya yığması üzərində 2:1 hesablı qələbə qazandırıb.

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 03:50 Üçü bəsdir? - VİDEO