COP29

Argentinalı mərkəz müdafiəçisini transfer etmək istəyir - Premyer Liqa təmsilçisi

29 İyun 18:20 İngiltərə 758
Argentinalı mərkəz müdafiəçisini transfer etmək istəyir - Premyer Liqa təmsilçisi

"Boka Xuniors"un futbolçusu Aaron Anselmino karyerasını Avropada davam etdirməyə yaxındır.

Sportinfo.az xəbər verir ki, "Çelsi" argentinalı mərkəz müdafiəçisini transfer etmək istəyir.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

London klubu 19 yaşlı arxa xətt oyunçusu ilə şəxsi şərtləri razılaşdırıb. Klublar arasında danışıqlar davam edir.

Aaron Anselmino "Boka Xuniors"un yetirməsidir. Gənc futbolçu bu ilin yanvar ayından əsas komandada çıxış edir. O, meydana çıxdığı 5 rəsmi matçda 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?