COP29

Premier Liqa təmsilçisi transfer etmək istəyir - Mərakeşli yarımmüdafiəçini

25 İyun 01:30 İngiltərə 647
Premier Liqa təmsilçisi transfer etmək istəyir - Mərakeşli yarımmüdafiəçini

"Mançester Yunayted" ötən mövsüm icarə əsasında komandada çıxış etmiş Sofyan Amrabatla bağlı qərar verib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi mərakeşli yarımmüdafiəçinin transfer hüququna yiyələnəcək.

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Baş məşqçi Erik ten Haq 27 yaşlı futbolçunun xidmətində maraqlıdır. "Qırmızı şeytanlar" təcrübəli oyunçu üçün "Fiorentina" ilə danışıqlara başlayıb.

Mərakeş millisinin üzvü İngiltərə klubu ilə 4+1 illik müqavilə imzalayacaq.

Sofyan Amrabat ötən mövsüm "Mançester Yunayted"in heyətində 30 rəsmi matçda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?