COP29

“Mənə danışmağa icazə vermirlər, amma bir şey demək istərdim"

24 İyun 00:20 İngiltərə 572
“Mənə danışmağa icazə vermirlər, amma bir şey demək istərdim"

“Fulhem”in yarımmüdafiəçisi Joao Palinya “Bayern”ə keçə biləcəyi ilə bağlı sualı cavablandırıb.

Sportinfo.az “Fussball News”-a istinadən xəbər verir ki, Palinya ona danışmaq üçün icazə verilmədiyini deyib:

“Mənə danışmağa icazə vermirlər. Amma mən bir şey demək istərdim”.

28 yaşlı portuqaliyalı futbolçunun “Bayern”lə 5 illik müqaviləyə razılaşdığı və “Fulhem”in bu yay onu buraxmasını istədiyi bildirilir.

Palinya ötən mövsüm bütün yarışlarda 40 matçda iştirak edib, 4 qol vurub və 1 məhsuldar ötürmə verib. Yarımmüdafiəçinin klubu ilə müqaviləsi 2028-ci ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?