COP29

Niyə evinə gəldiyimizi demisən? - Klub rəhbərliyi baş məşqçiyə QƏZƏBLƏNDİ

23 İyun 01:30 İngiltərə 380
Niyə evinə gəldiyimizi demisən? - Klub rəhbərliyi baş məşqçiyə QƏZƏBLƏNDİ

“Mançester Yunayted”in rəhbərliyi jurnalistlərlə söhbətində klubla əməkdaşlığın davam etdirilməsi ilə bağlı danışan baş məşqçi Erik ten Haqa qəzəblənib.

Sportinfo.az “The Sun”-a istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı müsahibəsində klub sahiblərinin danışıqlar üçün onun evinə gəldiklərini bildirib.

Onlar açıq şəkildə Ten Haqa onu əvəz edə biləcək başqa mütəxəssislərlə danışıqlar apardıqlarını bildiriblər.

54 yaşlı mütəxəssisin “qırmızı şeytanlar”la hazırkı müqaviləsi gələn ilin ortalarına qədərdir.

“Mançester Yunayted” ötən mövsüm Premyer Liqada zəif çıxış edərək, turnir cədvəlində 8-ci yerdə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?