COP29

“Çelsi”nin müdafiəçisini elçi düşdü – Özü getmək niyyətində deyil

23 İyun 00:10 İngiltərə 278
“Çelsi”nin müdafiəçisini elçi düşdü – Özü getmək niyyətində deyil

“Fulhem” “Çelsi”nin müdafiəçisi ilə maraqlanmağa başlayıb.

Sportinfo.az “Evening Standard”-a istinadən xəbər verir ki, “Fulhem” hazırkı klubu ilə müqaviləsinin bitməsinə 2 il qalmış Trevo Çalobanı almaq istəyir.

London klubunun maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün Çalobanın satılmasının əleyhinə olmadığı bildirilirdi. 24 yaşlı futbolçu özü “Çelsi”də qalmaq istəyir, ona görə də, oyunçunu razı salmaq çətin olacaq.

“Çelsi” son vaxtlar kluba azad agent kimi qoşulan “Fulhem”in mərkəz müdafiəçisi Tosin Adarabioyo ilə güclənib. “Mançester Siti”nin yetirməsi daha əvvəl “Fulhem”lə müqaviləni yeniləməkdən imtina etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?