COP29

Tanınmış futbol adamı öz komandalarının oyununu “axmaqlıq” adlandırdı

22 İyun 22:00 İngiltərə 354
Tanınmış futbol adamı öz komandalarının oyununu “axmaqlıq” adlandırdı

İngiltərə millisinin və “Barselona”nın keçmiş futbolçusu Qari Lineker AÇ-2024-də Danimarka ilə oyundan sonra (1:1) Qaret Sautqeytin komandasını tənqid edib.

Sportinfo.az “goal.com”-a istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, bunun tam axmaqlıq olduğunu bildirib:

“Bu tam axmaqlıqdır. Biz bunu başqa turnirlərdə də görmüşük. Komanda hesabda önə keçir, sonra onun oyunu kəskin dəyişir.

Onlar qol vururlar və bu hesabı qorumağa çalışırlar. Onlara fərqli oynamağı öyrətmək olarmı?”

İngiltərə yığması AÇ-2024-ün qrup mərhələsinin iki turundan sonra 4 xal toplayıb və turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. Sautqeytin yetirmələri 3-cü turda Sloveniya ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti