COP29

“Atletiko”nun təklifinə niyə “yox” dedi? - Premyer Liqa təmsilçisi

19 İyun 21:15 İngiltərə 404
“Atletiko”nun təklifinə niyə “yox” dedi? - Premyer Liqa təmsilçisi

“Çelsi” “Atletiko”nun yarımmüdafiəçi Konor Qallaheri transfer etmək təklifinə cavab verib.

Sportinfo.az “The Sun”-a istinadən xəbər verir ki, “Çelsi” ingiltərəli yarımmüdafiəçini Madrid klubuna satmaqdan imtina edib.

İmtinanın səbəbi “Atletiko”nun təklif etdiyi məbləğin “Çelsi”nin tələb etdiyi 60 milyon avrodan çox uzaq olmasıdır.

İngiltərə Premyer Liqasının bir sıra klubları da Qallaherin xidmətində maraqlıdır, o cümlədən “Tottenhem”, “Aston Villa”, “Nyukasl”, “Vest Hem” və “Everton”.

Qallaher İngiltərə çempionatının son mövsümündə 5 qol vurub və 7 məhsuldar ötürmə edib. 24 yaşlı yarımmüdafiəçinin klubla müqaviləsi gələn ilin yayında başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti