COP29

“Biz qələbələrə acıq və kapitan kimi istədiyim tək şey budur”

19 Fevral 18:40 İngiltərə 292
“Biz qələbələrə acıq və kapitan kimi istədiyim tək şey budur”

“Mançester Siti”nin müdafiəçisi Kayl Uolker komandanın cari mövsüm üçün planlarından danışıb.

Sportinfo.az xəbər verir ki, o, komandanın Premyer Liqanı qazanmaq şansına əmin olduğunu deyib:

“Güclü olmaq üçün işləməyə davam edirik. Artıq çox şeyə nail olmağımıza baxmayaraq, hələ də təkmilləşə bilərik.

Biz qələbələrə acıq və əmin olmalıyıq ki, bu münasibət mövsümün sonuna qədər davam edəcək. Kapitan kimi istədiyim tək şey budur”.

“Mançester Siti” İngiltərə çempionatının turnir cədvəlində 24 matçdan sonra 53 xalla üçüncüdür. Lider 25 oyundan 57 xalla “Liverpul”dur, “Arsenal” isə 25 oyundan 56 xalla ikinci yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?