
«Araz-Naxçıvan» Premyer Liqanın son 2 turunda meydandan 1 xalla ayrılıb.
Muxtar Respublika təmsilçisi öncə «Neftçi», ardınca «Səbail» ilə bərabərə qalıb - 1:1.
Bölgə komandası əldə olunan 2 xala görə mükafat qazana bilməyib. Belə ki, futbolçular klub rəhbərliyinin onlarla kəsdiyi şərti yerinə yetirə bilməyib.
İdarəçilər «dənizçilər»lə qarşılaşmadan əvvəl oyunçulara «bu dəfə udun, «Neftçi» ilə 1:1-in pulunu da bir yerdə alın» deyib.
Hər şey danışılan kimi bitsəydi, «Araz-Naxçıvan»lılar hərəyə 2000 manat irəli düşəcəkdi.
«Səbail»lə görüşdə Mohammed Kadiri hesabı erkən – 18-ci dəqiqədə açsa da, Numan Kurdiç, 90+3-cü dəqiqədə avtoqola imza atmaqla komandasını 3 xaldan məhrum eləyib.
SPORTİNFO.AZ