“Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimarayeş klubla yeni müqavilə imzalayacaq.
Sportinfo.az xəbər verir ki, 25 yaşlı braziliyalı futbolçu ilə yeni müqavilə 2028-ci ilə qədər nəzərdə tutulub.
Müqaviləyə 100 milyon funt sterlinq məbləğində sərbəst buraxılma maddəsi daxildir.
Daha əvvəl “Real”ın qışda Gimarayeşi transfer etmək niyyətində olduğu bildirilirdi.
Gimarayeş 2022-ci ilin fevralından “Nyukasl”da çıxış edir. Futbolçu bu mövsüm komandanın heyətində 6 oyun keçirib.