COP29

Britaniya səfiri: “Azərbaycan cüdoçuları Parisdə xarüqələr yaradır” - FOTO

2 Avqust 03:00 İngiltərə 638
Britaniya səfiri: “Azərbaycan cüdoçuları Parisdə xarüqələr yaradır” - FOTO

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld “X” sosial şəbəkəsindəki hesabında azərbaycanlı cüdoçu Zelim Kotsoyevin “Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarında Olimpiya çempionu olması ilə balı paylaşım edib.

Sportinfo.az xəbər verir ki, paylaşımda qeyd edilir: “Cüdoçu Zelim Kotsoyev möhtəşəm performansı ilə Azərbaycanın medal hesabına ikinci qızılı əlavə etdi. Azərbaycanlı cüdoçular Parisdə xarüqələr yaradır”.

Zelim Kotsoyev 100 kq çəki dərəcəsində yer alan dünya çempionu final mərhələsində gürcüstanlı İlya Sulamanidze ilə üz-üzə gəlib. Rəqibinə qalib gələn Kotsoyev olimpiya çempionu olub.

Paris-2024 avqustun 11-də başa çatacaq. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) olimpiadanın qızıl medalına sahib çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti