COP29

“Yalnız ondan nümunə kimi istifadə etsəm, qalan əsas oyunçulara haqsızlıq etmiş olaram”

2 Avqust 10:00 İngiltərə 1 488
“Yalnız ondan nümunə kimi istifadə etsəm, qalan əsas oyunçulara haqsızlıq etmiş olaram”

“Liverpul”un baş məşqçisi Arne Slot komandanın hücumçusu Məhəmməd Salahın indi gənclərə nümunə olub-olmaması sualını cavablandırıb.

Sportinfo.az Mersisayd klubunun rəsmi saytına istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı, Salahın tətildən yaxşı formada qayıtdığını bildirib:

“Bəli, təkcə indi yox, keçən mövsümdə də, ondan əvvəl də belə idi. Salah tətildən yaxşı formada qayıtdı və eşitdiyimə görə, bu, onun üçün adi haldır.

O, həmişə əla formada qayıdır. Ancaq yalnız Salahdan nümunə kimi istifadə etsəm, qalan əsas oyunçulara qarşı haqsızlıq etmiş olaram.

Çünki onlar da bir növ favoritdirlər. Bu gün ən vacib və müsbət məqamlardan biri bütün komandanın yaxşı formada olmasıdır.

Bizdə heç bir zədə yoxdur, ona görə də, ümid edirəm ki, eyni ruhda davam edəcəyik”.

Dünən “Liverpul”la “Arsenal” arasında yoxlama oyunu keçirilib. “Qırmızılar” 2:1 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti