İspaniya millisinin və “Çelsi”nin müdafiəçisi Mark Kukurella londonluların mövsüm üçün hədəfləri ilə bağlı fikirlərini bölüşüb, İngiltərənin digər klubları ilə rəqabətdən danışıb.
Sportinfo.az London klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı futbolçu çətin bir il keçirdiklərini bildirib:
“Lester”i məğlub etsək, rəqiblərimizə təzyiq göstərə biləcəyimizi bilirdik və bunu etdik. İlk dördlüyə düşmək üçün mübarizə aparmağa hazır olduğumuzu göstərdik.
Fikrimcə, bu mövsüm üçün hədəf budur, amma bu liqanın çətin olduğunu bilirik. Biz çətin bir il keçirdik.
Əlbəttə, titullar qazanmaq üçün buradayıq, amma düşünürəm ki, hazırda ən yaxşı komandalardan bir az uzaqdayıq. Onlar uzun müddətdir ki, eyni məşqçi və eyni ideyalarla çalışırlar.
Bu mövsümə bir neçə ay əvvəl başlamışıq. Biz hamı ilə rəqabət aparmaq istəyirik, amma çətindir, hər şeyi bir gecədə dəyişə bilməzsən.
Ancaq biz yaxşı yoldayıq, özümüzlə fəxr etməli və irəliləməyə davam etməliyik, istirahət etməməliyik, çünki bizim istedadımız var.
Bu yerlərdə qalmaq üçün bizə ardıcıllıq lazımdır”.