Bir vaxtların məşhur futbolçusu Ueyn Runi baş məşqçi kimi özünü təsdiq edə bilmir.
Sportinfo.az xəbər verir ki, Runi ötən ilin mayında təyin edildiyi Plimut Arqayl”dan uğursuzluq səbəbi ilə istefaya göndərilib.
“Plimut Arqayl” Runinin məşqçiliyi dövründə 14 oyundan yalnız birində qələbə qazanıb. Komanda hazırda sonuncu yerdə qərarlaşır.
“Mançester Yunayted”dəki parlaq futbolçu karyerası ilə yadda qalan Runi hələ ki meydanın kənarından sözünü deyə bilmir.
O, çalışdırdığı dörd komandanın üçündən istefaya göndərilib, digərindən isə öz istəyi ilə ayrılıb.