COP29

Kubokun final oyunu niyə Sumqayıta salınıb? - AÇIQLAMA

11 Yanvar 08:30 İngiltərə 852
Kubokun final oyunu niyə Sumqayıta salınıb? - AÇIQLAMA

Peşəkar Futbol Liqası (PFL) cari mövsüm Azərbaycan Kubokunun final matçının Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna salınmasının səbəblərini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a qurumun Media və marketinq direktoru Sənan Abdullayev açıqlamasında bildirib.

PFL rəsmisi bunu bir neçə amillə izah edib:

"Bilirsiniz ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurma işləri aparılıb. “Sumqayıt”ın, həmçinin avrokubok matçlarının bir neçəsi bu stadionda keçirilib.

Kubokun finalına gəldikdə isə, qeyd edərdik ki, ölkəmizdə standartlara cavab verən, hazır olan bütün arenalar finalın baş tutması üçün potensial namizəd sayılır.

Həlledici görüşün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna salınmasında yenidənqurma işlərinin aparılması, avrokubok oyunlarının burada keçirilməsi, eyni zamanda Sumqayıt şəhərinin “idman şəhəri” olması kimi amillər mühüm rol oynayıb".

Azərbaycan Kubokunun final qarşılaşması iyunun 1-də təşkil olunacaq. S.Abdullayev həmin görüşdə tribunaların tam dolacağına ümid etdiklərini söyləyib:

"Ümid edirik ki, azarkeşlər maraqlı final oyununa şahid olacaqlar. Biz də çalışacağıq ki, matçın yaxşı səviyyədə keçirilməsi üçün bütün addımları ataq".

Digər Xəbərlər
Xəbər Lenti
11 Yanvar 19:30 Çək və bizə göndər!