COP29

İngiltərə millisi 1996-cı ildən sonra ilk dəfə...

8 İyul 01:30 İngiltərə 759
İngiltərə millisi 1996-cı ildən sonra ilk dəfə...

İngiltərə millisi 1996-cı ildən sonra ilk dəfə Avropa çempionatlarının final mərhələsində penaltilər seriyasında qalib gəlib.

Sportinfo.az xəbər verir ki, yığma son olaraq Almaniyada təşkil olunan AÇ-2024-ün 1/4 finalında ötən gün İsveçrəni məğlub edib.

Britaniyalılar əsas və əlavə vaxtı 1:1 hesabı ilə bitən görüşdə rəqibini üstələyib – 5:3.

Bu, komandanın 28 ildən sonra qitə çempionatında penaltilər seriyasında ilk qalibiyyətidir. Yığma o vaxtdan AVRO-2020-nin finalı da daxil olmaqla dörd dəfə uduzub.

AÇ-2024 iyulun 14-də başa çatacaq. İngiltərə millisi yarımfinalda Niderland seçməsi ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti