“Polemikalardan uzaq durmaq lazımdır.
“Kəpəz”i bölən qütbləşmələr olduğu müddətdə uğur gözləmək çətindir.
Bu gün azarkeşlərin şansı onda gətirib ki, komandaya Azər Bağırov rəhbərlik edir.
Bu cür qarışıqlıq içərisində hələ də komanda Premyer Liqada qalmaq uğrunda şanslarını qoruyursa, böyük işdir.
Bundan sonra iş qalır yerli futbol ictamiyyətinə. Komandaya sahib çıxılmalıdır, baş məşqçinin ətrafında sıx birləşilməlidir”.
Bu açıqlama ilə “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərov çıxış edib.
Tanınmış jurnalist Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Kəpəz” barədə danışıb, klub ətrafında gedən meydankənar hadisələr barədə şərhlər verib.
Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırovun gördüyü işlərdən ağızdolusu danışan E.Cəfərov AFFA rəhbərliyinin futbolun inkişafına dair hazırlanan strategiyanın həyata keçirilməsində gənc mütəxəssislərin bilik və bacarıqlarından istifadə edilməsinin vacibliyini də xatırladıb.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN