COP29

Yanvarda 400 dollar yatırdı, iyunda 100 min götürdü

14 İyun 2019 13:00 Hokkey 926
Yanvarda 400 dollar yatırdı, iyunda 100 min götürdü

Missuridən olan xokkey həvəskarı pul qoyuluşu edərək xeyli qazanc əldə edib.

Sportinfo.az xəbər verir ki, Skott Berri yanvar ayında MXL-in qalibinin “Sent-Luis” olacağına 400 dollar yatırım edib.

Həmin vaxt “Sent Luis” müntəzəm çempionatda sonuncu yerdə olub və komandanın MXL-də qələbə qazanma əmsalı 250 olub.

Amma sensasiya baş verib və “Sent-Luis”Stenli Kubokunun finalında “Boston”u məğlub edərək çempion olub.

Skort Berri buna görə 100 min dollar qazanıb. Qalib şəxs açıqlama verib:

“Bu yatırımı edəndə dostlarım dedilər ki, aman Allah, bu ki, ən zəif komandadır. Mən isə dedim ki, bu, xokkeydir, hər şey ola bilər”.

“Sent-Luis” tarixi ərzində ilk dəfə Ste nli kubokunu qazanıb.

Xəbər Lenti