Fin jurnalist Filip Saksen ölkəsinin xokkey yığması ilə bağlı yazdığı yazını yeməli olub.
Sportinfo.az xəbər verir ki, Saksen Slovakiyada keçirilən dünya çempionatından əvvəl yığma komandanı kəskin tənqid edib.
Ancaq Finlandiya finalda Kanadaya qalib gələrək dünya çempionu olub. Bundan sonra Saksen yığma ilə bağlı yazdığı tənqidi məqaləni yeyib.
O, bunu videoya çəkərək sosial şəbəkədə yayıb: “Dünya çempionatından əvvəl yazmışdım ki, bu yığma tarixin ən zəifidi.
Heç vaxt belə səhvə yol verməmişdim. Üzr istəyirəm və sözlərimi geri götürürəm”.