Qadın həndbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Aleksandr Revva ilə müqavilə müddəti uzadılıb.
Sportinfo.az xəbər verir ki, AZƏRTAC-ın əldə etdiyi məlumata görə, rusiyalı mütəxəssislə 1 illik yeni sözləşmə imzalanıb.
A.Revva ötən ilin oktyabrından Azərbaycan millisinə başçılıq edir.
Aleksandr Revva, həmçinin qadınlardan ibarət “Azəryol” komandasının baş məşqçisidir.