
Azərbaycan millisi həndbolu inkişaf etməkdə olan ölkələrin çempionatında növbəti oyununu keçirib.
B qrupunda yer alan yığma Bolqarıstanın Varna şəhərində təşkil olunan turnirdə ABŞ ilə üz-üzə gəlib.
Qarşılaşma rəqib komandanın 45:25 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan millisi daha əvvəl Moldovaya 21:33, Nigeriyaya 17:29 hesabı ilə uduzub.