COP29

Narkotikə qurşanan Azərbaycan millisinin kapitanı görənləri ŞOK ETDİ - VİDEO+FOTO

17:40 Həndbol 308
Narkotikə qurşanan Azərbaycan millisinin kapitanı görənləri ŞOK ETDİ - VİDEO+FOTO

Həndbol üzrə milli komandamızın sabiq kapitanı İranə Yaqubova narkomaniyanın növbəti qurbanlarından biri olub.

Sportinfo.az xəbər verir ki, bu barədə tanınmış bloger Nail Kəmərli sosial şəbəkədə paylaşım edib.

İdman ustası, "Azəryol" və ABU klublarınında üzvü olan 33 yaşlı həndbolçu 4 ildir narkotik maddələr qəbul etdiyini bildirib.

Düşdüyü vəziyyətə görə peşman olan Yaqubova qadınlar üçün reabilitasiya mərkəzində bərpa prosesi keçəcək.

O, sağlam həyata qayıtdıqdan sonra idmana dönmək arzusunda olduğunu da bildirib.

İranə Yaqubova hücumçu mövqeyində çıxış edib. O, gənc yaşlarında sərgilədiyi oyunla ulduzlaşıb. Hətta Avropa "Challenge Cup" turnirnin bombardilərindən də olub.

Digər Xəbərlər
Xəbər Lenti
31 Yanvar 21:10 “O. çox səhv edir”