Azərbaycan klubu legioneri ilə yollarını ayırdı

27 Dekabr 2024 08:50 Həndbol 528
Azərbaycan klubu legioneri ilə yollarını ayırdı

Kişi həndbolçulardan ibarət “Bakı”da ayrılıq reallaşıb.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi rusiyalı oyunçu Valeri Kramarovla vidalaşıb.

Gənc oyunçu şəxsi məsələlərinə görə komandanı tərk edib. Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

“Bakı” ötən mövsüm ölkə çempionatını ikinci yerdə başa vurmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti