Qazaxıstanın qadın həndbolçulardan ibarət “Astana” komandası Bakıya gələcək.
Sportinfo.az xəbər verir ki, səfərin məqsədi Azərbaycan paytaxtında təlim-toplanış keçməkdir.
“Astana” dekabrın 4-dən 10-dək Bakıda hazırlaşacaq və bəzi yerli klublarla yoxlama oyununda qüvvəsini sınayacaq.
Ötən ay Qazaxıstanın kişilərdən ibarət “Turan” həndbol komandası Bakıya təlim-məşq toplanışına gəlmişdi.