"Qalib olmağımızın əsas səbəbi məşqçimizdir".
Sportinfo.az xəbər verir ki, bunu Azərbaycanın kişi həndbolçulardan ibarət "Kür" komandasının üzvü Cavid İsmayılov Avropa Kubokunda Kipr təmsilçisi “Parnassos Strovolu” ilə oyundan sonra jurnalistlərə açıqlamasında bildirib.
Həndbolçu oyunların ağır keçdiyini söyləyib:
"Qalib olmağımızın ən böyük səbəbi məşqçimizdir. Komanda yoldaşlarıma təşəkkürümü bildirirəm. Oyunlar ağır keçdi.
O, ilk dəfə mərhələ keçdikləri üçün sevincli olduğunu deyib:
"Növbəti oyunlara da məsuliyyətlə hazırlaşacağıq. Bir həftə ərzində növbəti rəqibimiz bəlli olacaq. Avropa kubokunda ilk dəfə mərhələ keçdiyimiz üçün çox sevincliyik. İnşallah, növbəti qələbə ilə Azərbaycanı sevindirəcəyik".
Komandalar arasında keçirilən iki oyunun nəticəsinə görə (35:31, 32:29) "Kür" mərhələ adlayıb.