COP29

“Qarabağ” üçüncü mərhələdə - Avropa kubokunda

04:00 Həndbol 209
“Qarabağ” üçüncü mərhələdə - Avropa kubokunda

Qadın həndbolçulardan ibarət “Qarabağ” komandası Avropa Kubokunda III mərhələyə yüksəlib.

Sportinfo.az xəbər verir ki, II mərhələnin cavab oyununda Lüksemburqun "Differdanj" kollektivi ilə qarşılaşan təmsilçimiz 26:25 hesabı ilə qalib gəlib.

İlk matçda da rəqibini 27:24 hesabı ilə üstələyən "Qarabağ" adını növbəti mərhələyə yazdırıb.

Qarşılıqlı razılığa əsasən, hər iki oyun Bakıda baş tutub. III mərhələnin görüşləri noyabrın 10-16-da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti