Azərbaycanı həndbol üzrə Avropa Kubokunda təmsil edəcək kişilərdən ibarət “Bakı” komandası heyətinə iki legioner oyunçu cəlb edib.
Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi ukraynalı Vladislav Napadaylo və belaruslu Artsiom Skribanın keçidini rəsmiləşdirib.
Həmin həndbolçularla 1 illik müqavilə imzalanıb.
“Bakı” Avropa Kubokunun ilkin mərhələsində Monteneqronun “Lofçen Çetinye” klubu ilə üz-üzə gələcək. Səfərdə baş tutacaq qarşılaşmalar oktyabrın 26-27-də keçiriləcək.