Yeni mövsümdə qadın həndbolçular arasında Azərbaycan çempionatında debüt edəcək “Təhsil”in baş məşqçisi müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, bu vəzifəyə Olqa Tankaskaya təyin olunub.
Onunla 1 illik müqavilə imzalanıb.
66 yaşlı mütəxəssis daha əvvəl Azərbaycanın qadınlardan ibarət əsas yığmasında, eləcə də müxtəlif yaş qrupları üzrə komandalarda köməkçi məşqçi işləyib.