“Gəncə” heyətini daha bir voleybolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, qərb təmsilçisi Tailand millisinin üzvü Tiçakorn Bunlert ilə 1 illik müqavilə imzalayıb.
Ötən mövsümü ölkəsində “Daymond” komandasının heyətində keçirən voleybolçu ilk dəfə legioner həyatı yaşayacaq.
“Gəncə” daha əvvəl yerli voleybolçular Yuliya Kərimova, Nərminə Musayeva, Fidan Azayeva, Amina Ramazanova, Asiyat Abuyeva, Xanım Cəlilova və rusiyalı oyunçu Anastasiya Atepalinanı heyətinə qatıb.