Qadın həndbolçulardan ibarət “Qarabağ” komandası heyətini yeni oyunçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, klub ötən mövsüm “Kür”də çıxış etmiş İrina Pançenkonu transfer edib.
26 yaşlı həndbolçu ilə 1 illik müqavilə imzalanıb.
Avropa Kubokuna ikinci mərhələdən qoşulacaq son ölkə çempionu bu raundda Lüksemburqun “Red Boyz Differdanj” kollektivi ilə qarşılaşacaq.
Bu mərhələnin ilk oyunları oktyabrın 5-6-da, cavab qarşılaşmaları isə 12-13-də keçiriləcək.