COP29

Azərbaycan klubunda monteneqrolu baş məşqçi

7 Sentyabr 03:50 Həndbol 520
Azərbaycan klubunda monteneqrolu baş məşqçi

Qadın həndbolçulardan ibarət "Kür" komandasının yeni baş məşqçisi məlum olub.

Sportinfo.az xəbər verir ki, Mingəçevir klubu bu vəzifəyə monteneqrolu Milorad Despotoviçi gətirib.

Onunla birillik müqavilə imzalanıb.

M.Despotoviç bundan əvvəl ölkəsinin "Ulsin" kollektivində işləyib.

Bölgə təmsilçisini ötən mövsüm Fuad Yangildin çalışdırıb. O, yeni mövsümdən komandada məşqçi və direktor kimi fəaliyyət göstərəcək.

Avropa Kubokuna ikinci mərhələdən qoşulacaq "Kür" Yunanıstanın OFN komandası ilə qarşılaşacaq. Bu raundun ilk oyunları oktyabrın 5-6-da, cavab matçları isə 12-13-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Noyabr 18:10 Çək və bizə göndər!
25 Noyabr 11:00 Uğurlarınız BOL OLACAQ!
25 Noyabr 09:40 AFFA ona vəzifə verdi