“Azəryol” heyətinə yeni həndbolçu cəlb edib.
Sportinfo.az xəbər verir ki, Bakı klubu fransalı Hava Konteni transfer edib.
26 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.
Qvineyalı həndbolçunun son klubu Fransa təmsilçisi “Sel-sür-Bel” olub.
Hava Konte “Neftçi”nin Syerra-leoneli futbolçusu Alfa Kontenin həyat yoldaşıdır.
“Azəryol” komandası yeni mövsümdə Azərbaycanı avrokuboklarda təmsil edəcək.