Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası Qızıl Avropa Liqasında növbəti oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu yığma II turun ikinci matçında İsveç komandası ilə üz-üzə gəlib.
Rumıniyadakı qarşılaşma rəqibin qələbəsi ilə bitib - 3:0 (25:19, 25:19, 25:19).
Ötən gün Rumıniyaya (0:3) uduzan komanda I turda Xorvatiyaya qalib gəlib (3:0), Slovakiyaya isə (1:3) məğlub olub.