Qadın həndbolçular arasında Azərbaycan çempionatında 5-ci tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, sonuncu qarşılaşmada “Azəryol” və “Kür” üz-üzə gəlib.
Oyun heç-heçə başa çatıb – 30:30.
Turun əvvəlki matçlarında “Qarabağ” “Bakı”nı 41:12, “İdman Akademiyası” isə “Gənclər Birliyi”ni 28:20 hesabı ilə üstələyib.
Bu gün kişilərin ölkə çempionatında da 5-ci turun ilk qarşılaşmaları baş tutub. Qeydə alınan nəticələr belədir:
“Bakı” – “Azəryol” 29:31
“Təhsil” – “Qarabağ” 22:36