Qadın həndbolçulardan ibarət "Kür" komandası Avropa Kubokunda növbəti oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi 1/32 final mərhələsinin cavab matçında İtaliyadan "Jomi Salerno" ilə üz-üzə gəlib.
Bu dəfə italyanlar nomimal meydan sahibi olublar.
"Kür" Olimpiya Tədris-İdman Mərkəzindəki qarşılaşma rəqibin qələbəsi ilə bitib - 36:19.
Bir gün öncə eyni arenada gerçəkləşən ilk görüşdə 19:29 hesabı ilə uduzan "Kür" mübarizəni dayandırıb.