COP29

Misli.az-ın lotereyasının qalibləri Avro-2024 finalını stadiondan izlədilər

15 İyul 13:50 Hadisə 650
Misli.az-ın lotereyasının qalibləri Avro-2024 finalını stadiondan izlədilər

Ölkənin qanuni şans oyunları mərkəzi Misli.az-ın stimullaşdırıcı lotereyasının şanslı qalibləri Avro-2024 final oyunu həyəcanını stadiondan canlı izləyərək yaşayıblar.

“Misli.az ilə Avropaya” adlı stimullaşdırıcı lotereyasında 12 nəfər Almaniyada keçiriləcək futbol üzrə Avropa Çempionatına hər şey daxil tur paketinə sahib olub.

Səyahət paketi qazananlar həm Berlini gəzib, həm də Avropa çempionatının finalında üz-üzə gələn İspaniya və İngiltərə yığmaları arasındakı oyunu stadiondan canlı izləyiblər.

Qaliblər futbol dünyasının ən möhtəşəm hadisələrindən olan final oyunu canlı izləməklə yanaşı əfsanəvi futbolçuların performanslarını yaxından seyr ediblər. Onlar sevinclərini Berlində stadiondan görüntülər paylaşaraq izləyicilərlə bölüşüblər.

“Misli.az ilə Avropaya” adlı stimullaşdırıcı lotereyada ümumilikdə 24 nəfər qalib adını qazanıb.

Onlardan 12 nəfəri isə “iPhone 15 Pro Max 256 GB” udub. Lotereyaya qatılmaq üçün yalnız Misli.az-da idman mərc oyunlarında iştirak etmək kifayət idi.

Misli.az gələcəkdə də müxtəlif kampaniyalarla oyunçularını sevindirməyə davam edəcək.

Digər Xəbərlər
Xəbər Lenti