COP29

AFFA-nın baş katibi davada döyülən Ramilə sahib çıxdı - VİDEO

30 Noyabr 2023 11:40 Hadisə 2 019
AFFA-nın baş katibi davada döyülən Ramilə sahib çıxdı -  VİDEO

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted”in (Tailand) Asiya Çempionlar Liqasındakı matçından sonra dava düşüb.

Çində “Çjetsyan” ilə qarşılaşmanın (3:2) ardından futbolçular arasında qarşıdurma olub.

Şeydayev də münaqişənin iştirakçısı olub və rəqib oyunçularla dava edib. Nəticədə o, qonaqların ən çox döyülən futbolçularından biri olub.

ramil-seydayevi-tekleyib-doyduler

Buna onun rəqib komandanın üzvlərindən birinin boynundan tutaraq sıxması səbəb olub. Çinlilər Ramili təkləyərək bir neçə zərbə endiriblər.

AFFA olaya biganə qalmayıb. Federasiyanın baş katibi Sərxan Hacıyev millimizin forvardıyla əlaqə saxlayıb, vəziyyəti ilə maraqlanıb, ona mənəvi dəstək olub.

Şeydayev hazırda özünü yaxşı hiss etdiyini, ciddi xəsarət almadığını bildirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?